“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya Superkuboku uğrunda görüşdə "Milan" üzərində böyük hesablı qələbəni (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, “Football Italia”ya danışan türkiyəli futbolçu komandasının qələbəsi barədə bunları deyib:
"Bu, xüsusilə mənim üçün çox vacib kubokdur. Komanda yoldaşlarıma və azarkeşlərimizə təşəkkür edirəm. Bəli, 3:0 hesablı qələbə qazandıq ki, artıq mübahisəyə yer yoxdur. Təbii ki, mən həmişə susmağa üstünlük verirəm. Bu oyunda ac idik və 3:0 qalib gələrək onları evə erkən göndərdik. Biz sadəcə "Milan"a qalib gəldik, hamısı budur".