Premyer Liqa klubu almaniyalının müqavilə müddətini artırdı

15:36 - 19 Yanvar 2023

“Nyukasl” Loris Kariusla müqavilənin müddətini mövsümün sonuna qədər uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu danimarkalı kiperlə yollarını ayırmaq istəməyib.

Artıq tərəflər rəsmi müqaviləyə qol çəkib. Karius İngiltərə klubuna sentyabrda 3 aylıq müqavilə ilə qoşulmuşdu.

29 yaşlı qapıçı “Maynts”, “Liverpul”, “Beşiktaş”, “Union Berlin”in qapısını qoruyub.

Xəbər xətti