"Arsenal" Belçika millisinin üzvü ilə razılıq əldə etdi

18:40 - 19 Yanvar 2023

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.


Sportalaz xəbər verir ki, London təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Leandro Trossardı transfer edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.


"Arsenal" 28 yaşlı vingerlə şəxsi şərtləri razılaşdırıb. Belçikalı futbolçunun klubu ilə danışıqlar davam edir.


Qeyd edək ki, Leandro Trossard "Brayton"a 2019-cu ilin yayında "Genk"dən transfer olunub. Belçika millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti