İspaniya milli komandasının keçmiş üzvü Daniel Quiza klubunu deyişib.
Sportal.az xəbər verir ki, "Ayqayda" klubundan ayrılan 42 yaşlı forvard "Rota"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli hücumçu V Liqa klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Dani Quiza karyerası ərzində "Xeres", "Malyorka", "Ueska", "Mursiya", "Xetafe", "Fənərbaxça", "Fənərbaxça", "Kadis" kimi klublarda çıxış edib. Məşhur hücumçu İspaniya millisinin heyətində 21 oyun keçirib və 6 qol vurub. O, yığmanın heyətində Avropa çempionluğu yaşayıb.
saytlarin hazirlanmasi