Premyer Liqa klubunun 25-ci transferi

22:18 - 19 Yanvar 2023

"Nyukasl"ın hücumçusu Kris Vud icarə əsasında "Nottingem Forest"ə keçəcək.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, klublar artıq icarə üçün razılıq əldə edib.

31 yaşlı forvard qarşıdakı günlərdə tibbi müayinədən keçəcək. 

"Nottingem Forest" mövsüm sonunda təcrübəli hücumçunun transfer hüququna sahib çıxa bilər.

Kris Vud 2022-ci ilin yanvarında “Nyukas”la müqavilə imzalayıb və komandanın Premyer Liqadan düşməməsində önəmli rol oynayıb.

Yeni Zelandiya millisinin hücumçusu bu mövsüm “Nottingem Forrets”in 25-ci transferi olacaq.

Xəbər xətti