İngiltərəli 25 yaşında dünyasını dəyişdi

22:33 - 19 Yanvar 2023

MLS-in “Şarlott” klubunun ingilis müdafiəçisi Anton Uolks 25 yaşında dünyasını dəyişib. 

Sportal.az liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Cənubi Floridada baş verən qəzada həyatını itirib. 

İngiltərə əsilli Anton Uolks 2016-cı ildə “Tottenhem”in futbol akademiyasının yetirməsidir.

​O, “Portsmut”, “Atlanta Yunayted” klublarında da çıxış etmişdi. 

 

Xəbər xətti