"Qarabağ"ın rəqibi evdə heç-heçə etdi

09:55 - 20 Yanvar 2023

Belçika çempionatında 21-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" doğma meydanda "Şarlerua"nı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

21 turdan sonra 35 xal toplayan "Gent" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti