21-ci əsrin bombardirləri açıqlandı

12:50 - 20 Yanvar 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, siyahıya "Əl-Nəssr"in portuqaliyalı hücumçusu Kristiano Ronaldo başçılıq edir. Onu Lionel Messi izləyir. PSJ-nin üzvü Ronaldodan 11 top geri qalır.

 

İlk “10-luq” belədir:

1. Kristiano Ronaldo (Portuqaliya) – 498
2. Lionel Messi (Argentina) – 487
3. Zlatan İbrahimoviç (İsveç) – 392
4. Luis Suares (Uruqvay) – 364
5. Robert Levandovski (Polşa) – 357
6. Nikolas Munyoz (Panama) – 328
7. Aleksandar Dyuriç (Sinqapur) – 304
8. Joze Alfredo Kastilyo (Boliviya) – 289
9. Ali Aşfaq (Maldiv adaları) – 288
10. Martin Kamburov (Bolqarıstan) – 287

Xəbər xətti