Portuqaliya millisinin üzvü vətəninə qayıtdı

14:28 - 20 Yanvar 2023

Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi "Vulverhempton"dan Qonçalo Qedeşi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı vinger mövsümün sonunadək icarə əsasında ölkəsində oynayacaq.

 

Qeyd edək ki, Qonçalo Qedeş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü "Vulverhempton"a mövsümün əvvəlində "Valensiya"dan transfer olmuşdu.

Xəbər xətti