Premyer Liqa klubundan 20 milyon avroluq transfer

15:10 - 20 Yanvar 2023

İngiltərənin "Lester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Kopenhagen"dən Viktor Kristianseni transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

 

"Lester Siti" danimarkalı sol cinah müdafiəçisi üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək. İngiltərə klubu 20 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Viktor Kristiansen "Kopenhagen"in yetirməsidir. Gənc futbolçu cari mövsümdə paytaxt klubunun heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti