Məşhur futbolçu saxlanıldı: Təcavüzdə ittiham olunur

15:41 - 20 Yanvar 2023

Braziliya millisinin futbolçusu Dani Alveş polis tərəfindən saxlanılıb.

 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı sağ cinah müdafiəçisi təcavüzdə ittiham olunur.

 

Təcrübəli oyunçu 30 dekabr 2022-ci il tarixində Barselonada yerləşən gecə klubunda bir qadına cinsi zorakılıq göstərib. İki gün sonra qadının şikayətinə əsasən Alveş saxlanılıb. Ulduz futbolçu məhkəmə qarşısına çıxarılacaq.

 

Qeyd edək ki, Dani Alveş hazırda Meksikanın UNAM klubunda çıxış edir.

Xəbər xətti