"Arsenal" polşalı müdafiəçi transfer edir

16:33 - 20 Yanvar 2023

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Spetsiya"nın mərkəz müdafiəçisi Yakub Kivioru transfer edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumt yayıb. Transfer bu həftə tamamlana bilər.

 

"Arsenal" polşalı futbolçu üçün İtaliya klubuna 20 miıyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, "Spetsiya" Yakub Kivioru 2021-ci ilin yayınd "Jilina"dan transfer edib. 22 yaşlı müdafiəçi cari mövsümdə A Seriyası təmsilçisinin heyətində 20 matçda meydana çıxıb.

Xəbər xətti