“Vest Hem” “Aston Villa”nın hücumçusu Denni İnqzi transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 2025-ci ilin yayına qədər hazırkı komandasına məxsus olacaq.
Bu, 30 yaşlı hücumçunun karyerasında 7-ci komanda olub. İnqz bundan əvvəl “Bornmut”, “Dorçester”, “Börnli”, “Liverpul”, “Southampton” və “Aston Villa”da oynayıb.
O, 2015-2020-ci illərdə İngiltərə yığmasının şərəfini qoruyub.