"Atletiko" yeni transferini açıqladı

18:23 - 20 Yanvar 2023

"Atletiko" heyətini yeni forvardla gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubu “Barselona”nın və Niderland millisinin hücumçusu Memfis Depayla anlaşıb.

Depay 2025-ci ilin yayına qədər “Atletiko”ya məxsus olacaq.

Paytaxt klubu transferə görə 3 milyon avro xərcə düşüb. 

​28 yaşlı hücumçu PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona”da oynayıb.

 

Xəbər xətti