"Napoli"nin lideri bu oyunu buraxacaq

19:57 - 20 Yanvar 2023

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya çempionatının 19-cu turunun “Salernitana” ilə oyununu buraxacaq.

Sportal.az xəbər verir ki, bu barədə Neapol klubunun baş məşqçisi Luçano Spaletti məlumat verib.

İtaliyalı mütəxəssis gürcü futbolçunun durumu haqda bunları deyib: “Kvaratsxeliya səfər matçına getməyəcək. Onun hələ də qızdırması var. Risk etmək ağılsızlıq olardı".

"Napoli" 18 turdan sonra 47 xalla çempionatın lideridir. Neapollular sabah "Salernitana" ilə üz-üzə gələcək.

Xəbər xətti