"Arsenal"dan yeni transfer

20:19 - 20 Yanvar 2023

Belçika millisinin üzvü Leandro Trossard "Arsenal”da oynayacaq. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" "Brayton"da oynayan yarımmüdafiəçisinin keçidini həll edib. 

28 yaşlı belçikalı London klubu ilə 3,5 illik müqaviləyə qol çəkib.

Trossard üçün "Arsenal" qarşı tərəfə 21 milyon funt sterlinq ödəyib.

Xəbər xətti