Türkiyə klubu "Benfika"dan qapıçı transfer etdi

21:59 - 20 Yanvar 2023

“Benfika”nın qapıçısı Helton Leyte Türkiyə Superliqasında çıxış edəcək.

Sportal.az xəbər verir ki, portuqaliyalı qolkiper “Antalyaspor”la anlaşıb. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 

Müqaviləyə əsasən 2024-cü il iyunun 30-na qədər Türkiyə klubuna məxsus olacaq.

​32 yaşlı braziliyalı indiyə qədər “Boa Esporte”, “İpatinqa”, “Krisuma”, “Botafoqo”, “Sae Kaetano”, “Boavişta” klublarının qapısını qoruyub. O, 2020-ci ildən “Benfika”da çıxış edirdi.

 

Xəbər xətti