İspaniyada həbs olunan Dani Alveşə daha bir zərbə klubu "Pumas"dan gəlib.
Sportal.az xəbər verir ki, Meksika təmsilçisi 39 yaşlı sağ cinah müdafiəçisinin yayda başa çatmalı olan müqaviləsini ləğv edib. Bu barədə klubun rəhbəri Leopoldo Silva məlumat verib.
Qeyd edək ki, Dani Alveş 2022-ci ilin 30 dekabr tarixində Barselonada gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunur. Braziliyalı futbolçu məhkəmə qarşısına çıxarılacaq.
saytlarin hazirlanmasi