İngiltərənin “Nottinqem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nyukasl"dan Kris Vudu heyətinə qatıb. 31 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında "Nottinqem Forest"də oynayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ilin yayından “Nyukasl”da çıxış edən yeni zelandiyalı forvard 39 matça çıxıb, 5 qol vurub.
saytlarin hazirlanmasi