"Çelsi" və "Arsenal"ın istədiyi futbolçu "Real"da qalır

14:50 - 21 Yanvar 2023

"Arsenal" və "Çelsi"nin transfer etmək istədiyi Eduardo Kamavinqa "Real"da qalacaq.

Sportal.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçinin meneceri açıqlama verib. O, Kamavinqanın Madriddə xoşbəxt olduğunu deyib.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən transfer edib. 20 yaşlı yarımmüdafiəçi cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 19 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti