İtaliya klubu latviyalı hücumçu transfer etdi

17:06 - 21 Yanvar 2023

İtaliyanın "Spetsiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Latviya "Valmiera"sından Raymind Krollisi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Raymond Krollis "Valmiera"ya 2021-ci ilin yayında "Metta"dan transfer olunmuşdu. Latviyalı forvard komandanın heyətində meydana çıxdığı 65 matçda 38 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti