"Çelsi"nin baş məşqçisi: "Bəxtimiz gətirmədi"

19:38 - 21 Yanvar 2023

"Çelsi"nin baş məşqçisi Qrem Potter Premyer Liqanın 21-ci turunda "Liverpul"la 0:0 hesabı ilə başa çatan matç barədə danışıb.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, ingilis mütəxəssis qələbəyə yaxın olsalar da, bəxtlərinin gətirmədiyini deyib:

"İlk yarı yaxşı keçdi. Layiqli futbol nümayiş etdirdik. Sadəcə olaraq, bir az bəxtimiz gətirmədi. Qol vura bilmədik".

​"Liverpul" 20 turdan sonra 29 xalla 8-ci, "Çelsi" isə 29 xalla 10-cu pillədədir.

Xəbər xətti