"Əl-Nəsr" Argentina millisinin qapıçısını heyətinə qatdı

20:19 - 21 Yanvar 2023

"Boka Xuniors"un qapıçısı Aqustin Rossi Braziliyanın "Flamenqo" klubu ilə müqavilə imzalayıb.

Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, 27 yaşlı qolkiper iyulun 1-dən "Flamenqo"ya qoşulacaq.

Buna qədər isə, argentinalı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun qapısını qoruyacaq.

Ərəblər "Boka Xuniors"a qapıçının icarəsinə görə 1 milyon avro ödəyəcək. Argentina millisinə də cəlb edilən qapıçı “Çikarita Xuniors”, “Estudiantes”, “Defensa Xustisiya”, “Antofaqasta”, “Lanus”un qapısını qoruyub.

Xəbər xətti