"Çelsi"dən "Nyukasl"a

20:38 - 21 Yanvar 2023

"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş İngiltərədə klubunu dəyişə bilər.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi "Nyukasl"ın transfer siyahısındadır. 

Klub Ziyeşi mövsümün sonuna qədər futbolçu icarəyə götürmək niyyətindədir.

Mərakeşli futbolçu Noni Maduekenin transferindən sonra komandadan ayrılmağı planlaşdırır.

​29 yaşlı futbolçu “Herenven”, “Tvente”, “Ayaks”da oynadıqdan sonra 2020-ci ildə “Çelsi”yə keçib.

Xəbər xətti