"Atalanta"nın hücumçusu Duvan Sapata komandasına kömək edə bilməyəcək.
Sportal.az "TMW"yə istinadən xəbər verir ki, Berqamo klubunun forvardı sabah "Yuventus"a qarşı keçiriləcək matçda meydana çıxmayacaq.
Futbolçu sağ budundan aldığı zədə səbəbindən “qoca sinyora”ya qarşı oynamayacaq.
Gələn həftə kolumbiyalı tibbi müayinədən keçəcək.
Xatırladaq ki, İtaliya A seriyasının 19-cu turu çərçivəsində Bakı vaxtı ilə 23:45-də "Yuventus" "Atalanta"nı qəbul edəcək.