Almaniya üçüncü Bundesliqasında XIX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge Aue" doğma meydanda "Bayroyt"a 4:0 hesabı ilə qalib gəlib.
Millimizin üzvü meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, Aue klubunun 76-cı dəqiqədə son qolunu vurub.
"Ersgebirge Aue" hazırda 20 xalla 14-cü pillədədir.