"Napoli"nin idman direktoru Kristiano Qvintoli Xviça Kvaratsxeliya ilə müqavilə müddətini uzatmaq niyyətində olduqları haqda yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan klub rəsmisi bu cür danışıb:
"İtaliya kubokundan kənarda qaldığımız üçün hələ də qəzəbliyik. Lakin biz irəliyə baxıb liqada yaxşı oyun keçirməyə çalışacağıq. Xviça ilə müqavilə müddətinin uzadılması məsələsinə gəlincə, onunla üç illik müqaviləmiz var. Həm özü, həm də agenti ilə yaxşı münasibətimiz var. Amma indi müqavilənin yenilənməsi barədə danışmağın vaxtı deyil, çempionluq, növbəti matçlar, gözəl oyun göstərəcək “Napoli” futbolçuları haqqında düşünməliyik. Biz gündəlik işlərə çox diqqət yetiririk".
Bu mövsüm Kvaratsxeliya "Napoli"nin heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 9 qol və 10 assistlə oynayıb.