Ançelotti: "Atletiko" əla rəqibdir, bu komandaya hörmət etməliyik"

13:18 - 22 Yanvar 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/4 finalında “Atletiko”ya qarşı keçirəcəkləri görüşlə bağlı danışıb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis rəqibi haqda xoş fikirlər səsləndirib:

"Bəxtimiz gətirdi, ya yox, bu haqda nə deyəcəyimi bilmirəm. Püşkatma belədir. “Atletiko” əla rəqibdir, bu komandaya hörmət etməliyik. Madrid derbisi olduğu üçün maraqlı oyun alınacaq. Onsuzda, bütün derbilər gözəldir".

Xatırladaq ki, "Real" - "Atletiko" görüşü yanvarın 24-də keçiriləcək.

 

Xəbər xətti