"Everton"un müdafiəçisi Meyson Holqeyt bu qış klubu tərk edə bilər.
Sportal.az "Football Insider"a istinadən xəbər verir ki, "Nottingem Forest" 26 yaşlı ingilisin xidmətində maraqlıdır.
Nottingem təmsilçisi müdafiəçini transfer etmək üçün artıq danışıqlara start verib.
"Barnsli" yetirməsi olan Meyson 2015-ci ildən “Everton”da çıxış edir. O, 2019-cu ildə “Vest Bromviç”də icarə əsasında oynayıb.