"Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolo yanvarda meydana çıxa bilməyəcək.
Sportal.az "Il Messaggero"ya istinadən xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Joze Mourinyo və klub rəhbərliyi birlikdə bu qərara gəliblər.
İtaliyalı futbolçu başqa kluba keçənə və ya qış “transfer pəncərəsi” bağlanana qədər vəziyyət dəyişməyəcək.
İtaliya millisinin üzvünün xidmətində "Milan" və "Yuventus" klubları maraqlıdır.