"Barselona"nın müdafiəçisi Hektor Bellerin İngiltərəyə qayıda bilər.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, müdafiəçiyə İngiltərənin bir neçə klubundan təklif gəlib. O, "Everton"a keçmək niyyətindədir.
"Barselona"dan əvvəl adıçəkilən futbolçu "Arsenal"da oynayıb.
2022-ci ilin sentyabrında ispaniyalı “Barselona” ilə bir illik müqavilə imzalayıb. Rəhbərlik onun çıxışından razı qalmadığı üçün yollarını ayırmaq istəyir.