Premyer Liqanın yeni albaniyalısı - VİDEO

17:35 - 22 Yanvar 2023

"Turan Tovuz" Denis Marandiçidən sonra heyətini daha bir legionerlə gücləndirib.

Sportal.az xəbər verir ki, qərb təmsilçisinin növbəti transferi Albaniyadan olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv son olaraq "Skenderbeu"da oynamış Belaydi Pusi ilə anlaşıb. 24 yaşlı forvard "Vlajniya" yetirməsidir və 2020-ci ildən "Skenderbeu"də oynayıb. Təqdim edəcəyimiz videoda albaniyalı hücumçunun nəyə qadir olduğunu görmək mümkündür. 

Xəbər xətti