İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem"dən Kreyq Dousonu transfer edib. Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb. 32 yaşlı mərkəz müdafiəçisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kreyq Douson "Vest Hem"ə 2021-ci ilin yayında "Uotford"dan transfer olunmuşdu. Təcrübəli futbolçu cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi