"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi

10:45 - 23 Yanvar 2023

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" ölkə çempionatında 22-ci turun oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəqibi "Sent-Trüden"ə səfərdə qalib gəlib - 3:0.

Aktivindəki xalların sayını 38-ə yüksəldən "Gent" hələ də, dördüncü pillədə qərarlaşıb. 

Xatırladaq ki, "Qarabağ" - "Gent" görüşü fevralın 16-da Bakıda, cavab qarşılaşması 24-də Belçikada oynanılacaq.

Xəbər xətti