Azərbaycanlı referi "İnter"in oyununda

11:21 - 23 Yanvar 2023

FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Sportal.az xəbər verir ki, Məsiyev Gənclər Liqasının pley-off mərhələsinin "Rux" (Lvov, Ukrayna) - "İnter" (İtaliya) görüşünü idarə edəcək. Ona yan xətt hakimləri qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek yerinə yetirəcək. Qarşılaşma Polşada keçiriləcək.

Fevralın 8-nə planlaşdırılmış "Rux" - "İnter" görüşü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbər xətti