"Çelsi" Moyses Kaysedo ilə maraqlanır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "zadəganlar" "Brayton"un yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır.
London təmsilçisi ekvadorlu üçün 65 milyon avro təklif edib. "Çelsi" artıq Kaysedo ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.
“İndependiente del Valle”də oynamış 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən “Brayton”a məxsusdur. O, ötən mövsüm “Beerşot”da icarədə çıxış edib.