İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn komandasını dəyişmək istəmir.
Sportal.az "The Athletic"a istinadən xəbər verir ki, London təmsilçisi forvardla müqavilə müddətini uzatmaq niyyətindədir.
Keynin klubla hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır. "Tottenhem" ona daha yaxşı şərtlərlə yeni müqavilə təklif edəcək.
Təcrübəli hücumçunun özü də komandasını dəyişmək niyyətində deyil.