"Mançester Yunayted"in legioneri: "Nəticə bizi razı salmır"

15:36 - 23 Yanvar 2023

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines “Arsenal”a məğlubiyyəti (2:3) şərh edib.

Sportal.az xəbər verir ki, Londondakı görüşdə komandasının qollarından birini vuran argentinalı klubun rəsmi saytına açıqlamasında belə danışıb:

"Qələbəyə yaxşı köklənmişdik, amma alınmadı. Təbii ki, nəticə bizi razı salmır. Amma bizim güclü komandamız var, ona görə də mübarizə aparıb, irəliləyəcəyik. Bu uğursuzluqdan dərs çıxararaq, yolumuza davam edəcəyik".

Xəbər xətti