"Zirə" və “Səbail”in keçmiş futbolçusu Ali Siseyin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Syerra Leonedən olan müdafiəçi karyerasını “Lee Man”da davam etdirəcək. Bu barədə Honq-Konq klubunun saytı məlumat yayıb.
Sisey 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək “Zirə”də oynayıb. 28 yaşlı futbolçu daha sonra “Səbail”ə transfer olunub.
saytlarin hazirlanmasi