"Qarabağ"ın keçmiş qapıçısı, hazırda "Everton"da çıxış edən Asmir Beqoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəssr" maraqlıdır. Bu barədə "Sky Sports" məlumat yayıb. Ərəblər bosniya və herseqovinalı "əlcək sahibi"üçün Premyer Liqa təmsilçisinə təklif göndərib.
Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında "Qarabağ"da keçirib.
saytlarin hazirlanmasi