Əsas heyətə düşməkdə çətinlik çəkən Radamel Falkao "Rayo Valyekano"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, 36 yaşlı forvard karyerasını Meksikada davam etdirə bilər. Kolumbiyalı hücumçunun xidmətində "Kruz Azul" klubu maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Radamel Falkao "Rayo Valyekano"ya 2021-ci ilin yayında "Qalatasaray"dan transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi