Polşa millikomandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Avropa təmsilçisini Fernando Santos çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Polşa Futbol Federasiyası portuqaliyalı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Fernando Santos 2014-2022-ci illər ərzində Portuqaliya milli komandasını çalışdıracaq. 68 yaşlı mütəxəssis DÇ-2022-dən sonra postunu tərk edib.
saytlarin hazirlanmasi