"Futbolçular özlərini qurban verməyə hazırdır"

16:51 - 25 Yanvar 2023

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri A Seriyasının 19-cu turunda "Milan" üzərində qələbəni (4:0) şərh edib.

Sportal.az xəbər verir ki, “DAZN”a danışan italiyalı mütəxəssis futbolçularından razılıq edib: 

"Hakim final fitini çalan kimi düşündüm ki, "Fiorentina"ya qarşı çox çətin oyunumuz var. Burada olduğumdan bəri ən yaxşı oyunumuzdur. Son vaxtlar futbolçular özlərini qurban verməyə hazırdır. Açığını deyim ki, komanda məni təəccübləndirir. Kağız üzərində daha pis olan komandalara qarşı matçlarda xal itirməyi dayandırsaq, daha çox şeyə nail ola bilərik".

"Latsio" 19 turdan sonra 37 xalla üçüncü pillədədir.

 

Xəbər xətti