A Seriyasının lideri qapıçı transfer etdi

21:44 - 25 Yanvar 2023

İtaliya A Seriyasının lideri olan "Napoli" heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Atalanta"dan Pyerluici Qollinini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Napoli" 27 yaşlı qolkiperi 1,5 illik icarəyə götürüb. Klublar arasında imzalanan müqavilədə satınalma maddəsi var.

 

Qeyd edək ki, Pyerluici Qollini mövsümün ilk yarısını icarə əsasında "Fiorentina"da keçirib. İtaliyalı "əlcək sahibi" Florensiya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti