Xorvatiya mətbuatı: "Emrelinin zədəsi sağalsaydı, əsas heyət uğrunda rəqabət apara bilərdi"

10:20 - 26 Yanvar 2023

Xorvatiyada Zaqreb "Dinamo"sunun hazırkı heyəti müzakirə edilərkən iki hücumçu - Bruno Petkoviç və Mahir Emreli arasındakı rəqabətə toxunulub.

Sportal.az "Večernji list"ə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız milli komandamızın hücumçusu Emrelinin zədəsinin əsas heyətə düşməsinə mane olduğunu yazıb:

"Petkoviç məşqlərə qayıdır. Baxmayaraq ki, şənbə günü "Lokomotiva"lə oyunda iştirak etməməlidir. Emrelinin belindəki zədəsi sağalsaydı, Petkoviçlə əsas heyət uğrunda rəqabət apara bilərdi. Amma onun bu, xroniki zədəyə çevrilib".

Xəbər xətti