Əlcəzair millisinin üzvü Yassin Benzia karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, hazırda Fransa ikinci liqa təmsilçisi "Dijon"da oynayan yarımmüdafiəçi "Qarabağ"a keçə bilər.
29 yaşlı futbolçu Ağdam klubu ilə müqavilə imzalamağa razılaşıb. Fransalılar afrikalı yarımmüdafiəçinin "Qarabağ"la 2,5 illik müqavilə imzalayacağını iddia edib.
"Lion", "Lill", "Olimpiakos", "Fənərbaxça", "Hatayspor" klublarında oynamış Benzia bu mövsüm meydana çıxmayıb.