"Başakşehir"in futbolçusu Yussuf Ndayişmiye "Nitsa"ya keçib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
"Nitsa" Burundidən olan futbolçu üçün İstanbul təmsilçisinə 13 milyon avro ödəyəcək.
Ndayişmiye Super Liqada bu mövsüm 17 oyunda meydana çıxıb 4 qol vurmuşdu.