"Benfika" sabiq futbolçusu Nelson Semedonu geri qaytara bilər.
Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, Lissabon təmsilçisi 29 yaşlı müdafiəçini bu qış heyətinə qatmaq niyyətindədir.
Amma Portuqaliya nəhəngi “canavarlar”la müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq futbolçu ilə azad agent kimi müqavilə imzalamaq istəyir. Semedo İngiltərə klubundan ayrıla bilsə, bu qış "Benfika"ya keçəcək.
29 yaşlı futbolçu “Benfika” ilə yanaşı, “Fatima” və “Barselona”da da oynayıb.