"Yeni müqavilə mövsümü necə başa vuracağımızdan asılıdır"

13:21 - 29 Yanvar 2023

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone gələn mövsüm Madrid klubunda qalıb-qalmayacağı ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, "Marca"ya danışan argentinalı məsələ haqda bu cür danışıb:

"Yeni müqavilə mövsümü necə başa vuracağımızdan asılıdır. Hər mövsümdən sonra bir araya gələrək, necə irəli gedə biləcəyimizi qiymətləndiririk. Bu il də istisna olmayacaq. Vəziyyət göründüyü qədər sadə deyil. Hər şey mövsüm bitəndə bilinəcək".

Xəbər xətti