PSJ slovakiyalı ilə müqavilə imzaladı

13:40 - 29 Yanvar 2023

“İnter”in müdafiəçisi Milan Şkrinyar “nerazzura” ilə müqaviləsini yeniləməyəcək.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Milan təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-na qədər olan slovakiyalı müdafiəçi PSJ-də oynayacaq.

27 yaşlı slovakiyalı artıq Fransa çempionu ilə ilkin müqavilə imzalayıb.

Amma parislilərin Şkrinyarı qış “transfer pəncərəsi”ndə heyətinə qatacağı, yoxsa keçidinin yayda baş tutacağı bəlli deyil.

Slovakiya millisinin üzvü 2017-ci ildən "İnter"in formasını geyinirdi.

Xəbər xətti